Əsas məzmuna keç
Daxil ol

Hüquqi terminƏmək hüququ

Sosial sığorta

QISACA

İşçinin əmək münasibətlərində itirdiyi əmək haqqı və digər gəlirlərin əvəzini ödəməyə və onların itirilməsinin qarşısını almağa yönəlmiş təminat.

Sosial sığorta — qanunvericilikdə tərifi

1. Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Əmək Məcəlləsi, maddə 304.1

Sosial sığorta nə deməkdir?

Sosial sığorta işçinin əmək haqqını, ona edilən əlavələri və digər ödəncləri itirdiyi hallarda onların əvəzinin ödənilməsini təmin edir. İşəgötürən hər bir işçinin əmək müqaviləsi bağlandığı zaman «Sosial sığorta haqqında» Qanuna uyğun olaraq məcburi dövlət sosial sığortasını təmin etməli, bu barədə məlumat isə əmək müqaviləsində mütləq göstərilməlidir (Əmək Məcəlləsi, maddə 304).

İşçilərin sosial sığortası üç formada həyata keçirilir: məcburi dövlət sığortası, işçinin öz vəsaiti hesabına könüllü sığorta və işəgötürən tərəfindən aparılan əlavə sığorta (Əmək Məcəlləsi, maddə 306). Kollektiv müqavilələrdə qanundakından daha üstün sığorta formaları nəzərdə tutula bilər (Əmək Məcəlləsi, maddə 305). Əmək müqaviləsi ilə çalışan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də sosial sığorta olunmaq hüququna malikdir (Əmək Məcəlləsi, maddə 307).

Mənbə: Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maddə 304.1

Təriflər və izahlar məlumat xarakterlidir. Qanunun rəsmi mətni: e-qanun.az.

error: Kontentin müəllif hüquqları qorunur !!!