Əsas məzmuna keç
Daxil ol

Hüquqi terminProsessual hüquq

İşin hallarının araşdırılması prinsipi

Həmçinin: araşdırma prinsipi

QISACA

İnzibati məhkəmə icraatında məhkəmənin tərəflərin sübutları ilə kifayətlənməyib işin bütün əhəmiyyətli hallarını özü araşdırmaq vəzifəsi.

İşin hallarının araşdırılması prinsipi — qanunvericilikdə

12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

İnzibati-Prosessual Məcəllə, maddə 12.1

İşin hallarının araşdırılması prinsipi nə deməkdir?

İşin hallarının araşdırılması prinsipi inzibati məhkəmə icraatını mülki prosesdən fərqləndirən əsas cəhətlərdən biridir. Mülki prosesdə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllə, maddə 77.1). İnzibati işdə isə məhkəmə iştirakçıların izahatları və təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır.

Məhkəmə öz təşəbbüsü ilə və ya iştirakçıların vəsatəti ilə digər zəruri sübutları toplamağa borcludur və onlardan əlavə məlumat və sübutlar tələb edə bilər (İnzibati-Prosessual Məcəllə, maddə 12.2). Proses iştirakçıları halların araşdırılmasında məhkəməyə yardım etməyə borcludurlar (İnzibati-Prosessual Məcəllə, maddə 12.3). Sübutun məhv edilməsi, gizlədilməsi və ya araşdırılmasına maneçilik törədilməsi qadağandır; belə hallarda məhkəmə sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər (İnzibati-Prosessual Məcəllə, maddə 12.4).

Mənbə: Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi, maddə 12.1

Təriflər və izahlar məlumat xarakterlidir. Qanunun rəsmi mətni: e-qanun.az.

error: Kontentin müəllif hüquqları qorunur !!!