Əsas məzmuna keç
Daxil ol

Hüquqi terminProsessual hüquq

Sübutların kifayət etməsi

QISACA

Toplanmış sübutların həcminin sübut edilməli hallar barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verəcək səviyyədə olması.

Sübutların kifayət etməsi — qanunvericilikdə tərifi

Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

Cinayət-Prosessual Məcəllə, maddə 146.1

Sübutların kifayət etməsi nə deməkdir?

Kifayətlik ayrı-ayrı sübutlara deyil, onların məcmusuna aid meyardır: hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün sübutlar isə birlikdə ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirilir (Cinayət-Prosessual Məcəllə, maddə 145.1). Burada söhbət sübutların sayından deyil, sübutetmə predmetinə daxil olan hallar — cinayət hadisəsi, şəxsin ona aidiyyəti və təqsiri barədə etibarlı nəticə çıxarmağa imkan verən həcmdən gedir (Cinayət-Prosessual Məcəllə, maddə 139.0).

Sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir (Cinayət-Prosessual Məcəllə, maddə 146.2). Eyni zamanda sübutların toplanması lüzumsuz artıq material yığılmasına və araşdırmanın uzadılmasına gətirib çıxarmamalıdır (Cinayət-Prosessual Məcəllə, maddə 146.3). Təqsirliliyi təsdiq edən kifayət qədər sübut toplanmadıqda bəraət hökmü çıxarılır (Cinayət-Prosessual Məcəllə, maddə 42.2.4).

Mənbə: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, maddə 146.1

Təriflər və izahlar məlumat xarakterlidir. Qanunun rəsmi mətni: e-qanun.az.

error: Kontentin müəllif hüquqları qorunur !!!