Əsas məzmuna keç
Daxil ol

Hüquqi terminCinayət hüququ

Soyğunçuluq

Həmçinin: açıq talama

QISACA

Özgənin əmlakının açıq talanması; oğurluqdan fərqli olaraq əmlak gizli deyil, açıq şəkildə ələ keçirilir.

Soyğunçuluq — qanunvericilikdə tərifi

Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsi, maddə 180.1

Soyğunçuluq nə deməkdir?

Soyğunçuluğu oğurluqdan ayıran əlamət talamanın açıq xarakteridir, oğurluq isə gizli talamadır (Cinayət Məcəlləsi, maddə 177.1). Həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə, qrup halında, təkrar, yaşayış sahəsinə qanunsuz girməklə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə təyin edilir (Cinayət Məcəlləsi, maddə 180.2).

Zor həyat və ya sağlamlıq üçün təhlükəli olduqda, yaxud belə zor hədəsi ilə basqın edildikdə əməl artıq quldurluq sayılır (Cinayət Məcəlləsi, maddə 181.1). Külli miqdarda ziyan vurulduqda cəza yeddi ildən on iki ilədək (Cinayət Məcəlləsi, maddə 180.3), xüsusilə külli miqdarda isə on iki ildən on beş ilədək azadlıqdan məhrum etmədir (Cinayət Məcəlləsi, maddə 180.4). Soyğunçuluğa görə məsuliyyət on dörd yaşından yaranır (Cinayət Məcəlləsi, maddə 20.2).

Nümunə

Küçədə yoldan keçənin əlindən çantanı dartıb qaçan şəxs soyğunçuluq edir.

Mənbə: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 180.1

Təriflər və izahlar məlumat xarakterlidir. Qanunun rəsmi mətni: e-qanun.az.

error: Kontentin müəllif hüquqları qorunur !!!