XII fəsil. Mənzil-tikinti kooperativi üzvlərinin hüquqi vəziyyəti
Maddə 117. Mənzil-tikinti kooperativindən çıxmış və ya çıxarılmış mənzil-tikinti kooperativi üzvünə pay haqqının qaytarılması
117.1. Kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir.…