XII fəsil. Mənzil-tikinti kooperativi üzvlərinin hüquqi vəziyyəti
Maddə 118. Keçmiş mənzil-tikinti kooperativi üzvünün köçürülməsi
118.1. Pay haqqını tam ödəməmiş və kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq öz vəzifələrini yerinə yetirməməyə görə kooperativdən çıxarılmış mənzil-tikinti kooperativinin üzvü, habelə onunla birlikdə yaşayan ailə üzvləri mənzil-tikinti kooperativinin binasının yaşayış sahəsindən istifadə hüququnu itirirlər…