XII fəsil. Mənzil-tikinti kooperativi üzvlərinin hüquqi vəziyyəti
Maddə 116. Mənzil-tikinti kooperativi binasının yaşayış sahəsinin kirayəyə verilməsi
116.1. Pay haqqını tam ödəməyən mənzil-tikinti kooperativinin üzvü onunla birlikdə yaşayan ailə üzvlərinin və mənzil-tikinti kooperativinin idarə heyətinin razılığı ilə mənzil-tikinti kooperativi binasında ona məxsus yaşayış sahəsinin bir hissəsini, müvəqqəti olaraq getdikdə isə bütün yaşayış sahəsini haqqı…