XXII fəsil. Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası
Maddə 287. Gəmiyə dəniz girovu ilə təmin edilən tələblər
287.1. Gəmi sahibinə dair tələblər gəmiyə dəniz girovu ilə təmin edilir:
287.1.1. gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə gəmidə işlərinə görə çatacaq əmək haqqına və digər məbləğlərə, o cümlədən repatriasiya xərclərinə və gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta…