XXII fəsil. Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası
Maddə 288. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin ödənilməsində üstünlük
288.1. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblər, gəminin dövlət qeydiyyatına alınmış ipotekası ilə təmin edilmiş öhdəliklərdən yaranan tələblərə qarşı ödənilməkdə üstünlüyə malikdir. Bu Məcəllənin 298.3-cü maddəsində nəzərdə tutulmuş tələb…