XXI fəsil. Dəniz tələbləri üzrə məsuliyyətin məhdudlaşdırılması
Maddə 286. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi
286.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara da şamil edilir:
286.1.1. hərbi, yardımçı hərbi və sərhəd gəmiləri istisna olmaqla, Azərbaycan Respublikasının mülkiyyətində olan və ya tələb yaranan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və ya istifadə edilən gəmilərə;