XVII fəsil. Gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsi
Maddə 247. Məsuliyyəti istisna edən hallar
247.1. Gəmilərin toqquşması təsadüfən və ya qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə, yaxud toqquşmanın səbəblərini müəyyənləşdirmək mümkün olmadıqda, zərəri zərərçəkən tərəfi çəkir.