XVII fəsil. Gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsi
Maddə 246. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi
246.1. Dəniz gəmiləri, habelə dəniz gəmiləri ilə digər gəmilər toqquşduqda bu gəmilərə, onlarda olan insanlara, yükə və ya başqa əmlaka vurulan zərərin əvəzi bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq ödənilir. Bir gəmi digər gəmiyə və ya həmin gəmidə olan insanlara, yükə və ya digər əmlaka manevr etmək və…