XVII fəsil. Gəmilərin toqquşmasından vurulan zərərin əvəzinin ödənilməsi
Maddə 248. Gəmilərin toqquşmasının baş verməsində təqsir
248.1. Gəmilərin toqquşması gəmilərdən birinin təqsiri nəticəsində baş verdikdə, zərəri toqquşmanın baş verməsində təqsiri olan tərəf çəkir.
248.2. Gəmilərin toqquşması iki və ya artıq gəminin təqsiri nəticəsində baş verdikdə, zərərə görə hər bir gəminin məsuliyyəti onun təqsirinin dərəcəsinə müvafiq olaraq…