12-ci fəsil. Tikintidə təhlükəsizlik
Maddə 67. Tikinti obyektinin təbii və texnogen xarakterli təsirlərdən mühafizəsi
67.1. Tikintiyə dair təhlükəsizlik tələbləri, eləcə də tikinti obyektinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi tələbləri bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilir.
67.2. Tikinti obyektlərinin təbiətin zərərli təsirlərindən və texnogen…