11-ci fəsil. Tikintiyə dair ümumi tələblər
Maddə 66. Tikilib abadlaşdırılmış (tikintinin başa çatdığı, tikililərlə dolmuş) ərazilərdə tikintinin aparılması
66.1. Tikilib abadlaşdırılmış ərazilərdə tikintinin həyata keçirilməsi nəzərdə tutulduğu hallarda sifarişçi, layihəçi və podratçı bitişik və qonşu obyektlərdə, habelə həmin obyektlərin elementlərində deformasiya və zədələnmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməli və həmin obyektlərin normal fəaliyyət…