Ümumi hissə
Maddə 100. Seçki komissiyalarının səsvermə protokolları
100.1. Bu Məcəllənin Xüsusi hissəsinin tələbləri nəzərə alınmaqla, seçki komissiyalarının səsvermə protokollarının (bundan sonra – protokollar) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 45 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.