Ümumi hissə
Maddə 99. Seçki bülletenləri
99.1. Seçki bülletenlərinin (bundan sonra – seçki bülleteni) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 35 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.
99.2. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.