Ümumi hissə
Maddə 101. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi
101.1. Referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra – səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki…