II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri
Maddə 27. Cinayət mühakimə icraatının aşkarlığı
27.1. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunması halları istisna olmaqla, Azərbaycan Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsi…