II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri
Maddə 26. Cinayət mühakimə icraatının aparıldığı dil
26.1. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.
26.2. Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi…