II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri
Maddə 28. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi
28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.
28.2. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən…