XIII fəsil. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işi
Maddə 109. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası
109.1. Tənbeh tədbirlərinin tətbiqi zamanı məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və cəzanın çəkilməsi müddətindəki davranışı nəzərə alınır. Verilən tənbeh tədbirləri xətanın ağırlığına və xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh…