XIII fəsil. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işi
Maddə 110. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılması şərtləri
110.1. Cərimə təcridxanalarına keçirilmiş məhkumlara görüşlər, telefon danışıqları , videogörüşlər verilmir, qida məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq qadağan edilir. Onların hər gün bir saatlıq gəzinti hüquqları vardır.