XIII fəsil. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işi
Maddə 108. Cəzanın icrası qaydalarının qərəzli pozulması
108.1. Cəzanın icrası qaydalarının qərəzli pozulması aşağıdakı hallar hesab olunur:
108.1.1. alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək;
108.1.2. narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək;
108.1.3. xırda xuliqanlıq;
108.1.4. cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək…