Hüquqi terminMəhkəmə və hüquq mühafizə orqanları
Polis əməkdaşı
Həmçinin: polis işçisi
QISACA
Polis orqanlarında müəyyən vəzifə tutan və Polis haqqında Qanunla verilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusu.
Polis əməkdaşı — qanunvericilikdə tərifi
polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; …
Polis əməkdaşı nə deməkdir?
Polisdə xidmətə könüllülük əsasında, şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlığına və təhsilinə görə vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisəsini bitirmiş, yaşı 20-dən aşağı olmayan və dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşları qəbul olunur. İkili vətəndaşlığı olanlar, din xadimləri, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş şəxslər və qanunda göstərilən digər şəxslər polisdə xidmətə qəbul edilə bilməz (Polis haqqında Qanun, maddə 28).
Polis əməkdaşı hər hansı şəxsin hüquqlarını məhdudlaşdırdıqda məhdudlaşdırmanın əsaslarını və səbəblərini, həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir. İnsan ləyaqətini alçaldan rəftar, işgəncə və təqsiri etiraf etməyə məcburetmə qadağandır (Polis haqqında Qanun, maddə 5). Daxili işlər orqanlarının digər əməkdaşları ictimai qaydanın təmin edilməsinə cəlb edildikdə polis əməkdaşı sayılırlar (Polis haqqında Qanun, maddə 28).
Mənbə: Polis haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 1