Əsas məzmuna keç
Daxil ol

Hüquqi terminCinayət hüququ

Mütəşəkkil dəstə

Həmçinin: mütəşəkkil cinayətkar qrup

QISACA

Bir və ya bir neçə cinayət törətmək üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup.

Mütəşəkkil dəstə — qanunvericilikdə tərifi

Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.

Cinayət Məcəlləsi, maddə 34.3

Mütəşəkkil dəstə nə deməkdir?

Mütəşəkkil dəstəni qabaqcadan əlbir olan qrupdan fərqləndirən əsas əlamət sabitlikdir: iştirakçılar bir və ya bir neçə cinayət törətmək üçün əvvəlcədən birləşir və davamlı qrup kimi fəaliyyət göstərir. Dəstənin yaradılması və ona rəhbərlik etmə təşkilatçılıq formasıdır (Cinayət Məcəlləsi, maddə 32.3).

Dəstəni yaradan və ya ona rəhbərlik edən şəxs dəstənin törətdiyi və öz niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə, digər üzvlər isə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə məsuliyyət daşıyır (Cinayət Məcəlləsi, maddə 34.6). Xüsusi hissədə nəzərdə tutulmayan hallarda mütəşəkkil dəstənin yaradılması onun törədəcəyi cinayətə hazırlığa görə məsuliyyətə səbəb olur (Cinayət Məcəlləsi, maddə 34.7). Ağır və ya xüsusilə ağır cinayətlər üçün yaradılan sabit mütəşəkkil qrup isə cinayətkar birlik sayılır (Cinayət Məcəlləsi, maddə 34.4).

Mənbə: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 34.3

Təriflər və izahlar məlumat xarakterlidir. Qanunun rəsmi mətni: e-qanun.az.

error: Kontentin müəllif hüquqları qorunur !!!