Əsas məzmuna keç
Daxil ol

Hüquqi terminMülki hüquq

Dövlət notariusu

QISACA

Dövlət notariat ofisində çalışan, şəhadətnaməsi olan şəxslər arasından müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən notarius.

Dövlət notariusu — qanunvericilikdə tərifi

Dövlət notariusu vəzifəsinə şəhadətnamə almış şəxslər arasından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təyin edir.

Notariat haqqında Qanun, maddə 16

Dövlət notariusu nə deməkdir?

Dövlət notariusu notariat fəaliyyətini dövlət vasitəsilə həyata keçirən subyektlərdəndir (Notariat haqqında Qanun, maddə 15). Onun həvəsləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və vəzifədən azad edilməsi «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Qanuna uyğun həll olunur. Vəzifə vakant olduqda onun icrası notariusa qoyulan tələblərə cavab verən digər ədliyyə işçisinə 18 ay müddətinə həvalə edilə bilər (Notariat haqqında Qanun, maddə 16).

Dövlət notariusu, o cümlədən, əqdləri və etibarnamələri təsdiq edir, vərəsəlik hüququ haqqında və ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir, sənədlərin surətlərinin düzgünlüyünü və imzaların həqiqiliyini təsdiq edir, icra qeydləri aparır, sübutları təmin edir (Notariat haqqında Qanun, maddə 17). Dövlət notariat ofisinin fəaliyyətinə rəhbərliyi böyük dövlət notariusu həyata keçirir (Notariat haqqında Qanun, maddə 20). Xüsusi notarius da eyni notariat hərəkətlərini aparır (Notariat haqqında Qanun, maddə 26), lakin dövlət notariat ofisində deyil, öz ofisində fəaliyyət göstərir (Notariat haqqında Qanun, maddə 25).

Mənbə: Notariat haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 16

Təriflər və izahlar məlumat xarakterlidir. Qanunun rəsmi mətni: e-qanun.az.

error: Kontentin müəllif hüquqları qorunur !!!