XXII fəsil. Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası
Maddə 298. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışının nəticələri
298.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı halında gəminin və ya inşa edilməkdə olan gəminin dövlət qeydiyyatına alınmış bütün ipotekaları, ipoteka saxlayanların razılığı ilə alıcının öz üzərinə götürdüyü ipotekalar istisna olmaqla, bütün girovları və digər növ yüklülükləri gəmiyə və ya inşa…