XXII fəsil. Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası
Maddə 297. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması haqqında bildiriş
297.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması üçün məhkəmə bu barədə aşağıdakılara bildiriş göndərməlidir:
297.1.1. gəmini qeydiyyata alan orqana və ya inşa edilməkdə olan gəmiyə mülkiyyət hüququnu qeydiyyata alan orqana;
297.1.2. gəminin və ya inşa edilməkdə olan gəminin dövlət qeydiyyatına…