III fəsil. Gəmilərin və onlara olan hüquqların qeydiyyata alınması
Maddə 28. Gəmilərin qeydiyyata alınmasının şərtləri
28.1. Gəmi yalnız gəmi reyestrlərinin birində qeydiyyata alına bilər.
28.2. Xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmi həmin xarici dövlətin gəmi reyestrindən çıxarılmasını təsdiq edən şəhadətnamə təqdim edildikdən sonra Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və ya gəmi…