III fəsil. Gəmilərin və onlara olan hüquqların qeydiyyata alınması
Maddə 27. Gəmiləri qeydiyyata alan orqanlar
27.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərin qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.