XVIII fəsil. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərə görə məsuliyyəti
Maddə 257. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia
257.1. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin mülkiyyətçisinə yalnız bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq verilə bilər.
257.2. Bu Məcəllənin 257.3-cü maddəsində müəyyənləşdirilmiş qaydaya riayət etmək şərti ilə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi…