XVIII fəsil. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərə görə məsuliyyəti
Maddə 256. Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə
256.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq qüvvəsi olan neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər…