XV fəsil. Dəniz sığorta müqaviləsi
Maddə 206. İkiqat sığorta
206.1. Sığorta obyektinin bir neçə sığortaçıda sığortalanması nəticəsində sığorta məbləğlərinin ümumi cəmi onun sığorta dəyərindən artıq olduğu halda (ikiqat sığorta), bütün sığortaçılar yalnız sığorta dəyəri miqdarında məsuliyyət daşıyırlar. Belə halda hər bir sığortaçı özünün bağladığı müqaviləyə müvafiq sığorta…