XV fəsil. Dəniz sığorta müqaviləsi
Maddə 205. Sığorta məbləği
205.1. Müqavilə bağlanarkən sığortalı sığorta etdiyi müvafiq marağın məbləğini (sığorta məbləğini) elan etməyə borcludur.
205.2. Gəmi, yük və ya başqa əmlak sığortalanarkən sığorta məbləği müqavilə bağlandığı ana onların həqiqi dəyərindən (sığorta dəyəri) artıq ola bilməz.