VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi
Maddə 118. Gəminin təyinat limanına daxil olmasına maneələr
118.1. Müvafiq hakimiyyət orqanlarının qadağanı nəticəsində, təbiət hadisələrinə və ya daşıyıcıdan asılı olmayan digər səbəblərə görə gəmi təyinat limanına daxil ola bilmədikdə, daşıyıcı bu barədə yükgöndərənə və ya fraxtedənə, yaxud yükə dair sərəncam verməyə səlahiyyəti olan şəxsə, əgər belə şəxs daşıyıcıya…