VIII fəsil. Dənizlə yük daşınması müqaviləsi
Maddə 117. Təhlükəli yük
117.1. Əgər tezalışan, partlayıcı və ya təbiətinə görə təhlükəli olan yük düzgün olmayan ad altında təhvil verilmişdirsə və yük qəbul ediləndə daşıyıcı xarici baxış yolu ilə onun xüsusiyyətlərinə əmin ola bilməzdisə, belə yük istənilən vaxt daşıyıcı tərəfindən şəraitdən asılı olaraq boşaldıla, zərərsizləşdirilə və ya…