13-cü fəsil. Tikinti obyektləri arasında məsafələr və qonşuluq hüququ
Maddə 70. Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi
70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma…