6-cı fəsil. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat
Maddə 32. Ümumi və baş planların hazırlanması
32.1. Ümumi və baş planlar ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də aidiyyəti dövlət orqanları və digər qurumlarla razılaşdırılmaqla hazırlanmalıdır. Aidiyyəti dövlət orqanları və digər qurumlar ümumi və baş planların layihəsinin onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair…