1-ci fəsil. Şəhərsalma və tikinti qanunvericiliyi
Maddə 3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:
3.0.1. şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması…