11-ci fəsil. Rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması
Maddə 61. Rəqabət komissiyası tərəfindən işə baxılması
61.1. Rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması rəqabət…