10-cu fəsil. Rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri
Maddə 60. Bazar subyektləri tərəfindən qanun pozuntusunun könüllü aradan qaldırılması
60.1. Rəqabət orqanı tərəfindən aparılan araşdırma və ya yoxlama çərçivəsində bu Məcəllənin 77.1-ci maddəsində qeyd edilən qanun pozuntularının könüllü aradan qaldırılması ilə bağlı bazar subyektinin müraciəti əsasında rəqabət orqanının qərarı ilə araşdırma və ya yoxlama üzrə icraat dayandırılır və həmin qanun…