Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri
262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə…