II bölmə · Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə
Maddə 15. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi
15.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.
15.2. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda…