II bölmə · Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmə
Maddə 14. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan vətəndaşların hüquqlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi
Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə…