IX fəsil. Meşə fondundan istifadənin xüsusiyyətləri
Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələrin qırma üsulları
Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir.
Kurort meşələrində, xüsusi qiymətli meşə massivlərində, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, yabanı meyvə meşələrində və dövlət qoruyucu meşə zolaqlarında aralıq…