IX fəsil. Meşə fondundan istifadənin xüsusiyyətləri
Maddə 67. Oduncaq tədarükü
Oduncaq tədarükü meşəbərpa və aralıq istifadə üçün qırma, habelə başqa qırmalar (başdan-başa sanitariya qırmaları, su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi, habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar) qaydasında aparılır.