X fəsil. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onların istifadə edilməsi
Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi
99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün…