IX fəsil. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri
Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri
91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir:
91.1.1. xidməti yaşayış sahələri;
91.1.2. yataqxanalarda yaşayış sahələri;
91.1.3. manevr fondu yaşayış sahələri;
91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri;