VIII fəsil. Yaşayış sahəsinin sosial kirayəsi
Maddə 87. Evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması ilə əlaqədar yaşayış sahəsinin verilməsi qaydası
87.1. Evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər bu cür əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, kirayəyə verən əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən…